...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işgal altında olan Talış kəndində yanğınlar törədiblər

Cəmiyyət Materials 16 Avqust 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş. Səliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri çərşənşə günü axşam saat 22.00 radələrində Tərtər rayonunun işgal altında olan Talış kəndində yanğınlar törədiblər. Tərtər rayon İcra Hakimiyyətindən cümə axşamı Trend ə verilən məlumata görə, erməni hərbi birləşmələri ərazidə yerləşən 100 hektara yaxın otlaq sahəsini yandırıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən isə bildirilib ki, səhər saatlarına qədər davam edən yanğın zamanı Talış kəndinin ərazisində 450 ha əkin sahəsi, 15 ha meşə zolağı yanıb. Hazırda ərazidə ekologiya şöbəsinin əməkdaşları monitorinq aparır.

Cəbhəyanı kənd sakinlərinin sözlərinə görə, hazırda yanğın törədilmiş ərazidə tüstü müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti