...

Azərbaycan məktəblərində şalvar geyinməmək: hələ ki, tövsiyə

Cəmiyyət Materials 17 Avqust 2007 19:29 (UTC +04:00)
Azərbaycan məktəblərində şalvar geyinməmək: hələ ki, tövsiyə

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bakı şəhər təhsil idarəsi qadın pedaqoqlara işə şalvarda gəlməyi qadağan etmək istəyir. Bunu cümə günü Bakı şəhər təhsil idarəsinin şöbə müdiri Zəminə Əliqızı bildirib. Bu niyyət şalvarın rahatlığını əsas gətirən pedaqoqlarda narazılıq doğurur.

"Qadın pedaqoqlar arasında məktəbə dar şalvarda, cinsdə və şəffaf köynəklərdə işə gələnlər var",-deyən Əliqızı həmçinin qeyd edib ki, idarə müəllimələrə yubka geyindirməyə hazırlaşmır. Bu yalnız tövsiyədir.

Təhsil Nazirliyinin Trend ə verdiyi məlumata görə, hələ ki, idarənin tövsiyələri barədə bilmirlər, lakin məsələni öyrənməyi söz verdilər.

Azərbaycan qadın hüquqlarının müdafiəsi birliyinin hüquqmüdafiəçisi Sədaqət Paşayeva hesab edir ki, ədəbsiz geyimlər, həmçinin dar şalvarlar şagirdlərin tərbiyəsinə və təhsilinə mənfi təsir göstərir.

"Parlaq paltar, makiyaj və saç düzümü şagirdlərin fikrini təhsildən yayındırır və buna görə də məhdudlaşdırılmalıdır", - deyə o söyləyib.

30 il pedaqoq stajı olan hüquqmüdafiəçisi Səidə Qocamanlı da həmçinin hesab edir ki, qadın pedaqoqlar dar geyinməməlidirlər. Onun sözlərinə görə paltara qadağa qoymazdan öncə məktəblərin isitmə sistemini yaxşılaşdırmaq lazımdır.

Onunla razı olan paytaxtın 275 nömrəli məktəbinin müəlliməsi Trend ə bildirib ki, işdə şalvar rahatdı və bundan ayrılmaq istəməz.

"İstiliklə təchiz olunmayan məktəblərdə şalvar qışda soyuqdan qoruyur",-deyə söyləyən müəllimə nə geyinməyin hakimiyyət tərəfindən göstərilməsinin "demokratiya prinsipinin pozulması" hesab edir.

Bakı şəhər təhsil idarəsinin tövsiyələrinə qarşı çıxan digər bir hüquqmüdafiəçisi Novella Cəfəroğlu bildirib ki, məktəblərdə dəyişiklik şalvar geyinmənin qadağan olunması ilə aparılmamalıdır.

Xəbər lenti

Xəbər lenti