...

Rafiq Quliyevi son mənzilə yola saldılar

Cəmiyyət Materials 20 Avqust 2007 18:46 (UTC +04:00)
Azərbaycan, Bakı / müxbir E. Hüseynzadə/ Bu gün tanınmış pianoçu Azərbaycanın əməkdar artsti Bakı Musiqi Akademiyasının professoru Rayiq Quliyevi son mənzilə yola saldıq. Yola salma mərasimi BMA-da keçdi. Dünən həyatının 73-cü ilində Rafiq Quliyev dünyasını dəyişdi. Rafiq Quliyev yaradıcılığını qiymətləndirənlərdən, prezident İlham Əiyevdən, Mədəniyyət və turizm nazirliyindən güllər gəlmişdir. Onunla vidalaşmağa bir çox tanınmış insanlar gəlmişdir. Bu sırada Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin, professor Nərgiz Paşayevanın, tanınmış pianoçu Murad Adgözəlzadənin, Murad Hüseynovun, rejissor Ramiz Fətəliyevin, aktyor Firdovsi Atakişiyevin, bəstəkar Eldar Mansurovun, dirijor Yalçın Adıgözəlovun, cazmen Salman Qəmbərovun, teleaparıcı Fuad Axundovun və başaqlarının adını çəkmək olar. Bir şey daha maraqlı idi ki, heç bir kanalların rəhbərləri gəlməmişdilər. Ola bilər ki, bundan vacib işləri varmış. İnanmaq mümkün deyil ki, bilmirlər. Bir neçə insan Rafiq Quliyevlə bağlı öz xatirələrini "TrendLife"la bölüşdülər. Murad Adıgözəlov: "Bu çox böyük faciyədir. Bizim musiqi mədəniyyətini onsuz təsəvvür etmək mümkün deyil. Bu insan çox ağıllı insandır və ən əsası əla dost idi. O mənim atamın dostu idi. Və mən onu uşaqlıqdan tanıyıram. O mənim ilk məüllimlərindən biri idi. Sonradan həmkar, daha sonra isə dost olduq. Rafiq Quliyev o insanlarlandır ki, hər zaman yaşayacağını düşünürdü. O, heç vaxt utanmırdı, musiqini dərindən sevirdi". Murad Hüseynov: "Əlbəttə, onun gedişi gözlənilməz oldu. Öz yaxın insanını itirən şəxs kimi onun barəsində danışmaq çətindir. Rafiq Quliyev fortepiano incəsənətinin əfsanəsi idi. Bu çox böyük itkidir. Bizim mədəniyyətimizdə onun böyük köməyi olub. Mən on beş il bundan əvvəl konservatoriyaya daxil olanda mənə Elmira Səfərova Rauf Atakişiyev, Fəridə Quliyeva kimi korifeylər dərs keçirdi. Onun haqda çox danışmaq olar. Çox təssüf ki, Allah ona rəhmət eləsin.Fuad Axundov: "Onun gedişi hamımıza təsir edib. Bu həm ölkəmizə həm də mədəniyyətimizə böyük itkidir. Əlbəttə ki, istedadlı ifaçılar musiqiçilər olacaq. Hər bir insan unikaldır. Rafiq müəllim çox istedadlı insan idi. Firdovsi Atakişiyev: "O, dahi bir Adam idi. Mən çox təssüf hissi duyuram ki, o bizim aramızdan getdi. Lakin yaddaşlarımızda isə bizim yumor sevən insan kimi qaldı. Allah rəhmət eləsin!" Sonda isə BMA-nın rektoru Fərhad Bədəlbəylinin çıxışı oldu. "Mən heç vaxt Zaqafqaziya müsibiqəsini yaddan çıxarda bilmirəm. Konsert zamanı onun çalğısı sındı. Lakin o özündə kişilik tapıb, konserti sona dək ifa etdi və birinci yeri tutdu. O, çox gözəl həyat yaşayıb. Başa düşürəm ki, onsuz çətindir. Lakin biz də nə vaxtsa gedəcəyik". Rafiq Quliyev Fəxri Xiyabanda dəfn edildi.ALLAH RƏHMƏT ELƏSİN!

Xəbər lenti

Xəbər lenti