Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Yay aylarında kimi öz bağında, kimi xaricdə dincəlir. Məsələn müğənni Manana artıq 20 gündür ki, Qara dəniz sahillərində istirahət edir. Yeni mövsümə o, tarixi məmləkəti olan Gürcüstanda hazırlaşır. Mövsümün zəngin olmasını söz verib. "Trendlfe"ın verdiyi məlumata görə Manana sentyabrın 2-də Londona yola düşəcək. Orada onun ingilis dilli mahnılarının təqdimatı təşkil olunacaq. Onu da qeyd edək ki, son vaxtlar müğənni bəstəkar və prodüsser Çarlz Foskinlə çalışır.