...

Futbol üzrə milli çempionatda təsnifat mərhələsinə yekun vuruldu

İdman Materials 7 Mart 2012 18:19 (UTC +04:00)
Azərbaycan Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub.
Futbol üzrə milli çempionatda təsnifat mərhələsinə yekun vuruldu

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycan Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub.

Trend-in məlumatın görə, bu gün keçirilən matçlarda AZAL "Sumqayıt"ı 6:3, "Kəpəz" "Qəbələ"ni 3:2, "Xəzər Lənkəran" "Turan"ı 1:0, "Qarabağ" isə "Simurq"u 2:0 hesabı ilə məğlub edib.

Çempionatın lideri "Neftçi" "Bakı" üzərində qələbə qazanıb (3:1), "İnter" isə "Rəvan" klubunu 1:0 hesabı ilə məğlub edib.

Çempionatın medalları və Avropa kuboklarına vəsiqələr uğrunda mübarizəni "Neftçi", "İnter", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı" və "Qəbələ" klubları mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti