...

Azərbaycanda təsis edilən idman növünün türk dövlətləri arasında birliyi yaradılır

İdman Materials 25 Aprel 2012 15:30 (UTC +04:00)
Azərbaycanda şərq döyüş növləri üslubunda yaradılan Turan Do-nun türk dövlətləri arasında birliyinii yaradılması planlaşdırılır.
Azərbaycanda təsis edilən idman növünün türk dövlətləri arasında birliyi yaradılır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda şərq döyüş növləri üslubunda yaradılan Turan Do-nun türk dövlətləri arasında birliyinii yaradılması planlaşdırılır.

Bu barədə Trend-ə Turan Do idman növünün yaradıcısı, Dünya Turan Do Assosiasiyasının prezidenti, 10-cu dan Süleyman Məmmədli bildirib.

O hesab edir ki, Turan Do idman növünün təbliğatında bu amilin də rolu böyük olacaq.

Məmmədli deyib ki, Turan Do idman növü 2004-cü ildə yaradılıb və dörd mərhələdən keçdikdən sonra beynəlxalq səviyyədə qəbul olunub.

"Bəzi idman növləri müasir cəmiyyətin tələblərinə uyğun gəlmir, sadəcə orada ənənələr saxlanılır. Amma Turan Do bütün müasir tələblərə cavab verir", - idman növünün yaradıcısı bildirib.

Turan Do növünün iki istiqaməti var - idman və kombat.

Məmmədli deyib ki, artıq ABŞ, Niderland, Belçika, Rusiya, Danimarka, Almaniya, Koreya və Özbəkistanda keçirilən seminarlarda Turan Do-nun özəlliyi barədə ətraflı məlumat verilib.

Çoxqat dünya və Avropa çempionu olan Süleyman Məmmədli Turan Do ilə yanaşı, Dünya Universal Kombat Döyüş Assosiasiyasının prezidentidir (10-cu dan), Yaşlıların Dünya Döyüş Sənətləri Assosiasiyasının yaradıcısı, Kombat Qarışıq dünya sənətləri, Kombat Çin döyüş sənətləri, Full kontakt növü (8-ci dan), Kombat Koreya Döyüş sənətləri, Ümumi Karate növləri, Kombat Budo, Çun Kun Do (8-ci dan), Cit Kun Do, Musul Taekvon Do, Taek Kuk Mu Sul (10-cu dan), AİAİ-Bu Cutsu (10-cu dan), Kombat Hap Ki Do (9-cu dan), Donq Ku Yudo Kvan (9-cu dan), Kombat Kikboksinq (9-cu dan), Kempo (9-cu dan), Uşu (9-cu dan), Bu Cutsu (9-cu dan), Bu Do (9-cu dan), Taekvon Do (9-cu dan), Kombat Taekvon Do (8-ci dan), Kombat Su Bak Do (8-ci dan) ustasıdır.

Xəbər lenti

Xəbər lenti