...

"Xəzər Lənkəran"ın xalları bərpa olundu (ƏLAVƏ OLUNUB)

İdman Materials 26 Aprel 2012 15:58 (UTC +04:00)
AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran" klubunun aktivindən silinmiş 6 xalın bərpa olunması barədə qərar qəbul edib.
"Xəzər Lənkəran"ın xalları bərpa olundu (ƏLAVƏ OLUNUB)

İntizam Komitəsinin yeni qərarı əlavə olunub (ilk xəbər saat 14:09-da yayılıb)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran" klubunun aktivindən silinmiş 6 xalın bərpa olunması barədə qərar qəbul edib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, FİFA-nın İntizam Komitəsinin "Xəzər Lənkəran" klubunun aktivindən 6 xalın silinməsi ilə bağlı çıxardığı qərarından sonra 18 aprel 2012-ci il tarixindən etibarən AFFA ilə FİFA arasında aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və "Xəzər Lənkəran" klubunun hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir: İntizam Komitəsinin 13 aprel 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilsin və "Xəzər Lənkəran" klubunun aktivindən silinmiş 6 xal bərpa olunsun.

Xəbər lenti

Xəbər lenti