...

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur peşəkar qadın velosipedçilərin vaxt yarışı ilə başlayacaq

İdman Materials 7 May 2012 16:50 (UTC +04:00)
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur peşəkar qadın velosipedçilərin vaxt yarışı ilə başlayacaq.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur peşəkar qadın velosipedçilərin vaxt yarışı ilə başlayacaq

Azərbaycan, Bakı, 7 may /Trend/

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur peşəkar qadın velosipedçilərin vaxt yarışı ilə başlayacaq.

Trend-in məlumatına görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur 9-13 may 2012-ci il tarixlərində keçiriləcək. 23 yaşınadək kişi velosipedçilərin yarışından öncə, Bakı küçələrində peşəkar qadın velosipedçilərin ayrı-ayrılıqda start verilməklə vaxt yarışı keçiriləcək.

Qadın idmançılar bu fərdi vaxt yarışında 26 km məsafə qət edəcəklər. Onlar Azadlıq meydanından başlayıb Zığ-Hava Limanı yolu ilə hərəkət edəcək, sonra geri dönərək Azadlıq meydanına qayıdacaqlar. Marşrut demək olar ki, tamamilə enişsiz və yoxuşsuzdur, lakin Xəzərdən əsən gilavar velosipedçilərə müəyyən çətinlik yarada bilər.

İdmançıların sırasında tanınmış peşəkar qadın velosipedçilər, o cümlədən ayrı-ayrılıqda start verilməklə vaxt yarışında 2010-cu ilin dünya çempionu Emma Puli (AA Drink komandası) və digər tanınmış xanım idmançı Emma Trott (Dolmans-Boels komandası) da var. Doğma ölkəsində mübarizə aparacaq Yelena Çalıx (Dolmans-Boels komandası) üçün bu yarış xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Velosiped İdmanı Federasiyası bu yaxınlarda Niderlandın Dolmans-Boels komandası ilə əməkdaşlıq qurub və bu tərəfdaşlıq çərçivəsində ölkədə qadın velosiped idmanını inkişaf etdirməyə çalışır.

Xəbər lenti

Xəbər lenti