...

Rövnəq Abdullayev: Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur

İdman Materials 31 Avqust 2012 11:28 (UTC +04:00)
Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur.
Rövnəq Abdullayev: Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/

Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Trend-in məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az saytına bildirib.

"Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar ilkin şahidi olduq. Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm", - Abdullayev deyib.

AFFA prezidentinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir.

"London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir. Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyəta keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaq. "Neftçi" klubuna UEFA Avropa Liqasının qrup mərhələsində uğurlar arzulayıram", - Abdullayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti