Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Bu gün Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başlayıb.
Azərbaycan Güləş Federasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, çempionatın ilk günündə Azərbaycan güləşçisi Rövşən Tağıyev 1/16 final mərhələsində Ermənistan təmsilçisi Vazgen Xaçatryan ilə üz-üzə gəlib.
60 kq çəkidə mübarizə aparan Tağıyev erməni rəqibini məğlub edərək (4:0, 0:2, 3:0) 1/8 final mərhələsinə yüksəlib.