...

Azərbaycan güləşçisi dünya çenpionatının finalına yüksəlib

İdman Materials 4 Sentyabr 2012 15:41 (UTC +04:00)
Taylandın Pattaya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı finala yüksəlib.
Azərbaycan güləşçisi dünya çenpionatının finalına yüksəlib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Taylandın Pattaya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasından çərşənbə axşamı Trend-ə bildiriblər ki, 50 kq çəkidə çıxış edən Murad Bazarov finalda rusiyalı Artur Labazanov ilə qarşılaşacaq.

Finala gedən yolda Bazarov irlandiyalı Aşkan Həsən Qolikiani, koreyalı Hyeok Jin Jeon, türkiyəli Tolqahan Karataş və israilli Andrey Tsaryuku məğlub edib.

Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti