...

Maradona İraq yığmasına rəhbərlik edəcək

İdman Materials 21 Dekabr 2012 10:34 (UTC +04:00)
Əfsanəvi futbolçu Dieqo Maradona İraq yığmasına rəhbərlik edəcək. Bunu 52 yaşlı mütəxəssisin agenti Ernan Tofoni bildirib.
Maradona İraq yığmasına rəhbərlik edəcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Əfsanəvi futbolçu Dieqo Maradona İraq yığmasına rəhbərlik edəcək. Bunu 52 yaşlı mütəxəssisin agenti Ernan Tofoni bildirib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.

"Təklif gəldi, qısa danışıqlardan sonra Mardona razılaşdı. İndi İraq Futbol Federasiyasının İcraiyyə Komitəsini gözləyirik. Orada sövdələşmənin maliyyə detalları tənzimlənəcək, daha sonra müqavilənin imzalanacağı gözlənilir", - Tofoni deyib.

Bundan əvvəl Maradona məşqçi kimi Argentina yığmasında (2008-ci ildən 2010-cu ilə kimi), eləcə də Argentinanın "Rasinq" klubunda (1995-ci ildə) və BƏƏ-nin "Əl-Vəsl" klubunda (2010-cu ildən 2012-ci ilədək) çalışıb.

Məşhur argentinalı hələ 2010-cu ildə İran yığmasının baş məşqçisi postuna iddiaçılar sırasında idi. Lakin o zaman tərəflər arasında müqavilənin imzalanması baş tutmadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti