Azərbaycan və Serbiyanın su növləri üzrə federasiyaları əməkdaşlıq edəcəklər

İdman Xəbər 4 Fevral 2013 13:07 (UTC +04:00)
Azərbaycan Su İdman Növləri Federasiyasının Baş katibi Fərid Bənənyarlının başçılıq etdiyi nümayəndə heyəti Serbiya və Macarıstanın Su İdman Növləri federasiyalarının rəhbərləri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi federasiyadan məlumat verilib.
Azərbaycan və Serbiyanın su növləri üzrə federasiyaları əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev /

Azərbaycan Su İdman Növləri Federasiyasının Baş katibi Fərid Bənənyarlının başçılıq etdiyi nümayəndə heyəti Serbiya və Macarıstanın Su İdman Növləri federasiyalarının rəhbərləri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi federasiyadan məlumat verilib.

Görüşdə tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər. Serbiya Federasiyası ilə su polosu sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bundan əvvəl FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) və LEN (Avropa İdmanın Su Növləri Federasiyası) Azərbaycan Su İdman Növləri Federasiyası ilə məşqçiılərin hazırlanması, iri tədbirlərin keçirilməsi üzrə əməkdaşlıqda hazır olduqlarını bəyan ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti