Azərbaycan, Bakı, 27 mart /Trend/
2014-cü il Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Boliviya ilə qarşılaşan Argentina yığmasının bir çox üzvləri oyun zamanı özlərini pis hiss ediblər. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər arasında matç dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşən La-Pas şəhərində baş tutub.
Argentina millisinin lideri Lionel Messi görüşün fasiləsində özünü əzgin hiss edib və ürəyi bulanıb. Digər argentinalı futbolçular Anhel di Mariya və Esekelyu Lavessi isə oksigen maskasından istifadə etmək məcburiyyətində qalıblar.
Boliviya-Argentina oyunu 1:1 hesabı ilə yekunlaşıb. Buna baxmayaraq, Argentina turnir cədvəlində ən yaxın izləyicisi olan Ekvadoru 4 xal qabaqlayır.