...

Bakıda cüdo üzrə beynəlxalq "Grand Slam" turniri keçiriləcək

İdman Materials 2 May 2013 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Mayın 4-də saat 16:30-da Bakıda "Sərhədçi" Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə beynəlxalq "Grand Slam" turniri start götürəcək.

İki gün davam edəcək yarışda 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparacaq.

Turnirin açılışında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov və federasiyanın digər rəhbər şəxsləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik və başqaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti