...

"Xəzər Lənkəran" "Fənərbağça" ilə qarşılaşacaq

İdman Materials 4 İyul 2013 22:02 (UTC +04:00)
Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran” futbol klubu bir çox layihələrə imza atmağı düşünür.
"Xəzər Lənkəran" "Fənərbağça" ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Gələn il yaranmasının 10 illiyini qeyd edəcək "Xəzər Lənkəran" futbol klubu bir çox layihələrə imza atmağı düşünür.

Trend komandanın saytına istinadən məlumat verir ki, klub yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb. Belə ki, qardaş Türkiyənin nəhəng klublarından sayılan "Fənərbağça" klubunu "Xəzər Lənkəran" ölkəmizə gətirir.

Türkiyə klubunun əsas komandası ilə iyul ayının 21-də saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti