...

Güləş üzrə Dünya çempionatı davam edir

İdman Materials 23 Sentyabr 2013 01:12 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir.
Güləş üzrə Dünya çempionatı davam edir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışların son günündə yunan-Roma güləşi üzrə 66, 74 və 120 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

66 kq -da 1/32 finaldan mübarizə başlayan Dünya və Avropa çempionumuz Həsən Əliyev yarımfinala qədər inamla irəliləyib. Buna qədər Xorvatiya, Qırğızıstan, Türkiyə və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Xüsusilə London Olimpiya Oyunlarının gümüş mükafatçısı olan macar güləşçisi ilə keçən görüş çox gərgin olub. Pekin Olimpiya Oyunlarının qalibi İslambek Albiyevlə yarımfinal görüşündə məğlub olan Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxıb.

Ancaq güləşçimiz rəqibinə məğlub olub və Dünya çempionatını beşinci sırada tamamlayıb.

74 kq çəkidə təmsilçimiz Rafiq Hüseynov ardıcıl olaraq Serbiya və Xorvatiyadan olan rəqiblərini məğlub etsə də, Türkiyə təmsilçisi ilə görüşdən məğlub ayrılıb.

Rəqibin yarımfinalda uduzması ilə güləşçimiz bürünc medal şansını da itirib.

120 kq çəkidə Zaur Mehrəliyev mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə London Olimpiya Oyunlarının gümüş mükafatçısına məğlub olsa da, rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Ancaq güləşçimiz bu imkanı dəyərləndirə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti