...

Azərbaycan ağırlıqqaldıranı iki "kiçik" bürünclə 4-cü oldu

İdman Materials 23 Oktyabr 2013 05:22 (UTC +04:00)
Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Azərbaycan ağırlıqqaldıranı iki "kiçik" bürünclə 4-cü oldu

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.

Trend Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Kristina Yovunun 53 kq çəki dərəcəsində gümüş medal qazanmasından sonra bütün diqqətlər Valentin Xristova yönəlib. Olimpiya mükafatçımız 62 kq çəki dərəcəsində mübarizə aparıb.

Valentin birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla bitirib. 19 yaşlı atletimiz əvvəlcə 136, daha sonra 139, sonda isə 141 kq-ı ram edərək bu hərəkətdə bürünc medala yiyələnib.

Təkanla qaldırma hərəkətinə V.Xristov 170 kq-la başlayıb və ilk cəhdini uğurla yerinə yetirib. Təəssüf ki, atletimiz sonra sifariş verdiyi 176 kq-ı növbəti iki cəhddə ram edə bilməyib. Buna baxmayaraq, Valentin bu hərəkətdə də bürünc medal qazanıb.

Ümumilikdə 311 kq (141 kq + 170 kq) nəticə göstərən V.Xristov iki "kiçik" bürünc medalla yanaşı, ümumi sıralamada 4-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti