...

Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

İdman Materials 9 Fevral 2014 01:30 (UTC +04:00)
Fevralın 8-də Soçidə Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Fevralın 8-də Soçidə Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Trend AzərTAc-a istinadən xəbər verir ki, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Ukraynanın gənclər və idman naziri Ravil Safiullin imzalayıblar.

Müqavilədə iki ölkə arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idmançıların Azərbaycanda və Ukraynada təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti