...

Azərbaycanın idmançısı İkinci Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alıb

İdman Materials 24 Fevral 2014 12:15 (UTC +04:00)
Azərbaycanlı üzgüçü Elvira Həsənova 2014-cü ilin avqustunda Nankində (Çin) keçiriləcək gənclərin İkinci Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alıb.
Azərbaycanın idmançısı İkinci Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanlı üzgüçü Elvira Həsənova 2014-cü ilin avqustunda Nankində (Çin) keçiriləcək gənclərin İkinci Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.

Lisenziya Belçikada azərbaycanlı üzgüçülərin beynəlxalq turnirdə iştirakı çərçivəsində əldə olunub.

F.Bənənyarlının qeyd etdiyi kimi, sonrakı yarışlar çərçivəsində azərbaycanlı üzgüçülər gənclərin İkinci Olimpiya Oyunlarının lisenziyası uğrunda mübarizəni davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti