...

AGF-nin baş katibi: Azərbaycan dünyada gimnastikanın inkişafına töhfə verməyə hazırdır

İdman Materials 12 İyun 2014 15:53 (UTC +04:00)
Azərbaycan dünyada gimnastikanın inkişafına töhfə verməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
AGF-nin baş katibi: Azərbaycan dünyada gimnastikanın inkişafına töhfə verməyə hazırdır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan dünyada gimnastikanın inkişafına töhfə verməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkənin birinci xanımı Mehriban Əliyeva 2002-ci ilin sonundan Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir: "Həmin dövrdən etibarən federasiyanın fəaliyyəti aktivləşib. Mən 2008-ci ildən UEG Şurasının üzvüyəm. Bundan başqa, nümayəndəmiz Mehman Əliyev bu təşkilatın komissiyasının üzvüdür, Ayla Əhmədova isə Beynəlxalq Akrobatik Gimnastika Federasiyasında təmsil olunur".

F.Qayıbov əlavə edib ki, Azərbaycan gimnastikanın 6 növü üzrə beynəlxalq dərəcəli hakimlərlə təmsil olunub: "Təbii ki, biz gələcəkdə də təkcə Azərbaycanda deyil, həm də dünyada gimnastikanın inkişafına töhfə verməyə çalışacağıq".

Qeyd edək ki, bədii gimnastika üzrə 30-cu yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. Qitənin 33 ölkəsindən 258 idmançı 9 medal dəsti uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti