...

Maradona: FIFA futbolu məhv edir, eybəcərləşdirir

İdman Materials 12 İyun 2014 16:12 (UTC +04:00)
Argentina yığmasının sabiq əfsanəvi futbolçusu Dieqo Maradona bəyan edib ki, FIFA futbolu məhv edir, eybəcər hala salır və adamlar bunu anlamalıdırlar.
Maradona: FIFA futbolu məhv edir, eybəcərləşdirir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Argentina yığmasının sabiq əfsanəvi futbolçusu Dieqo Maradona bəyan edib ki, FIFA futbolu məhv edir, eybəcər hala salır və adamlar bunu anlamalıdırlar. Trend-in məlumatına görə, bu barədə "R-Sport" agentliyi "Guardian" qəzetinə istinadən xəbər yayıb.

D.Maradona belə bir bəyanatla aparıcılardan biri kimi iştirak etdiyi Venesuela telekanallarından birində yayımlanan şounun ilk buraxılışında çıxış edib: "FIFA bu gün bir çox millətləri birləşdirən təşkilatdır və bütün Yer kürəsini udur. Ölkələr ona qarşı müqavimət göstərə bilmirlər. Əgər FIFA sərinləşdirici içkilərin harada satılacağını qərara alıbsa, deməli, onlar orada da satılacaq".

Sabiq futbolçu cümə axşamı Braziliyada dünya çempionatının başlanması ərəfəsində deyib: "İş tamamilə başqa cür görülməlidir. Əgər belə olsaydı, biz indi diqqətimizi yalnız oyunlara [dünya çempionatı - red.] cəmləşdirərdik, amma biz bunun əvəzinə tətillərdən [Braziliyadakı - red.] danışırıq".

Bundan əvvəl D.Maradona KİV vasitəsilə təşkilatı 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçimi ətrafındakı korrupsiya qalmaqalına görə ciddi tənqid etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti