...

Belçikalı hakim: Azərbaycan gimnastları Avropa Oyunlarında daha yaxşı nəticələr göstərəcəklər

İdman Materials 15 İyun 2014 15:59 (UTC +04:00)
Bakı - 2015 Avropa Oyunlarında Azərbaycan gimnastları daha yaxşı nəticələr göstərəcəklər
Belçikalı hakim: Azərbaycan gimnastları Avropa Oyunlarında daha yaxşı nəticələr göstərəcəklər

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakı - 2015 Avropa Oyunlarında Azərbaycan gimnastları daha yaxşı nəticələr göstərəcəklər. Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında hakimlik edən belçikalı Rumiyana Borova deyib.

Çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən R.Borova bildirib ki, Azərbaycan gimnastikanın inkişafi üçün böyük işlər görür: "Yarışların keçirildiyi bu arenada idmançılar üçün hərtərəfli şərait yaradılıb, bir sözlə, Azərbaycanda gimnastikanın inkişafı üçün heç bir əngəl yoxdur. Hesab edirəm ki, Azərbaycan gimnastları növbəti illərdə daha böyük uğurlar əldə edəcək, çünki yaradılan bu cür şərait qarşısında yüksək nəticə əldə etməmək mümkün deyil".

Bakıda ilk dəfə olduğunu deyən hakim şəhərin gözəlliyindən və insanların qonaqpərvərliyindən məmnun olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti