...

Skolari Braziliya yığmasının baş məşqçisi postundan istefaya göndərilib

İdman Materials 14 İyul 2014 12:22 (UTC +04:00)
Mundiala ev sahibliyi edən Braziliyanın dördüncü yeri tutmasından sonra Luis Felipe Skolari istefaya göndərilib.
Skolari Braziliya yığmasının baş məşqçisi postundan istefaya göndərilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ulucay Akif/

Mundiala ev sahibliyi edən Braziliyanın dördüncü yeri tutmasından sonra Luis Felipe Skolari istefaya göndərilib. Bu barədə Trend Braziliya KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, Braziliya üçüncülük uğrunda hollandlara 3:0 hesabı ilə məğlub olduğu oyununun mətbuat konfransında Skolari onun yığmadakı gələcəyi barədə qərarı Braziliya Futbol Konfederasiyasının verəcəyini demişdi.

Xatırladaq ki, Braziliya yığması yarımfinal oyununda Almaniya millisinə rüsvayçı hesabla məğlub olmuşdu (1:7).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti