...

Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatda ikinci oldu

İdman Materials 27 Oktyabr 2014 18:42 (UTC +04:00)
Sonuncu mərhələnin finalında 6 idmançı iştirak edib. Azərbaycan təmsilçisi “DD2” kateqoriyasında 2-ci yerin sahibi olub.
Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatda ikinci oldu

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Oktyabrın 26-da Bolqarıstanın Köstəndil şəhərində kartinq üzrə Bolqarıstan çempionatının sonuncu - altıncı mərhələsi keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev çempionatda "DD2" kateqoriyasında yarışıb.

Sonuncu mərhələnin finalında 6 idmançı iştirak edib. Azərbaycan təmsilçisi "DD2" kateqoriyasında 2-ci yerin sahibi olub.

G.Abdullayev kartinq üzrə Azərbaycan çempionudur. 2013-cü ildə "Rotax Max Challenge Türkiyə"nin "junior" kateqoriyasında qalibi olaraq ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti