...

Sinxron üzgüçülük üzrə Azərbaycan yığması Macarıstanda yüksək nəticələr əldə edib (FOTO)

İdman Materials 25 Noyabr 2014 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Sinxron üzgüçülük üzrə Azərbaycan yığması Macarıstanda keçirilən açıq çempionatda uğurla çıxış edib və ilk dəfə yer tutub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Su İdman Növləri Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

Onun sözlərinə görə, yuniorlar kateqoriyasında Yekaterina Valiulina və Tatyana Nikitina dueti birinci yeri tutub. Solo çıxışlarda ikinci yeri Yekaterina Valiulina, üçüncü yeri isə Anastasiya Şaşmurina qazanıb.

Azərbaycan yığmasının tərkibinə Anastasiya Şaşmurina, Yekaterina Valiulina, Tatyana Nikitina daxildir. Yığmanı Larisa Kapustina çalışdırır.

Bənənyarlının qeyd etdiyi kimi, turnir başa çatdıqdan sonra azərbaycanlı idmançılar Macarıstanın Zalaeqertsek şəhərinə qısamüddətli toplantıya yola düşəcəklər. Bundan sonra onlar noyabrın 29-30-da Belqradda keçiriləcək Serbiya açıq çempionatında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti