Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Sinxron üzgüçülük üzrə Azərbaycan yığması Serbiyada keçirilən açıq çempionatda mütləq çempion olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Su İdmanı Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.
Azərbaycanlı idmançılar məcburi proqramda fəxri kürsüdəki bütün yerləri tutublar. Həmçinin, idmançılar solo proqramda birinci və ikinci, duetdə birinci yerə sahib çıxıblar.
Bundan əvvəl idmançılar Macarıstan açıq çempionatında uğurla çıxış ediblər.
Azərbaycan yığmasının tərkibinə Anastasiya Şaşmurina, Yekaterina Valiulina, Tatyana Nikitina daxildir. Yığmanı Larisa Kapustina çalışdırır.