...

Elman Rüstəmov: Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

İdman Materials 5 Oktyabr 2015 18:07 (UTC +04:00)
"Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir".
Elman Rüstəmov: Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

"Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir". Bakıda keçirilən mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

E.Rüstəmov Azərbaycan şahmatçılarının iştirak edəcəyi qarşıdakı yarışlar barədə danışıb: "SOCAR-Azerbaijan" klubu Avropa Kubokunun son qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudur. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq".

Onun sözlərinə görə, hər iki komandamızdan titulu qorumaq tələb olunur: "Yarışa qələbə üçün yollanacağıq. Biz istərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti