Bakı. Trend:
Millinin məşqçiləri klubların hazırlıq prosesini izləyəcək.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, yanvarın 11-dən etibarən Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç, yanvarın 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Premyer Liqa klublarının məşq prosesini və yoxlama oyunlarını izləyəcəklər.