...

Millimiz turnirin qalibi oldu

İdman Materials 28 Yanvar 2016 15:54 (UTC +04:00)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində sonuncu oyununu keçirib.
Millimiz turnirin qalibi oldu

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirində sonuncu oyununu keçirib.

Trend-in məlumatına görə, Bəhreynin U-20 millisi ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.

Millimiz bu qələbə ilə turnirin qalibi olub.

Qeyd edək ki, komandamız bundan əvvəl Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0, Albaniyanın U-21 komandasını isə 4:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti