...

Kanadalı idmançı: Bakıda fantastik gimnastika arenası var

İdman Materials 20 Fevral 2016 13:42 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda idmançılar üçün yaradılmış şərait çox gözəldir.
Kanadalı idmançı: Bakıda fantastik gimnastika arenası var

Bakı. Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda idmançılar üçün yaradılmış şərait çox gözəldir. Bunu Trend-ə kanadalı idmançı Skott Morqan deyib.

Onun sözlərinə görə, idmançılar üçün hər şey nəzərdə tutulub: "Arena sadəcə fantastikdir. Məşq zalı və təhlükəsizlik səviyyəsini də qeyd etmək istərdim. İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir".

İdmançı nəticələrindən razı qaldığını da deyib.

O, dayaqla tullanmada hərəkətlər üzrə təsnifat yarışlarında 3 rotasiyanın yekununda 3-cü yeri tutur.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti