...

"Zirə" "Neftçi"ni darmadağın etdi (VİDEO)

İdman Materials 27 Fevral 2016 17:00 (UTC +04:00)
Bu gün Premyer Liqanın 23-cü turunun oyunları keçirilir.
"Zirə" "Neftçi"ni darmadağın etdi (VİDEO)

Bakı. Trend:

Bu gün Premyer Liqanın 23-cü turunun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Zirə" "Neftçi"ni qəbul edib. İlk hissədə hesab açılmayıb. Lakin ikinci hissədə meydan sahibləri fəal olublar.

Əvvəlcə 68-ci dəqiqədə Nelson Bonilla fərqlənib. 87-ci dəqiqədə Luis Alberto Diez hesabı artırıb, son dəqiqələrdə isə dubla imza atıb - 3:0.

Beləliklə, 23 oyundan 44 xal toplayan "Zirə" turnir cədvəlində mövqeyini (II yer) möhkəmləndirib. 31 xallı "Neftçi" 6-cıdır.

AZAL isə doğma meydanda "Rəvan"ı minimal hesabla məğlub edib. Oyunda yeganə qolu Nuqzar Kvirtiya vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti