Bakı. Trend:
Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri, çempionatın səfiri, respublikanın əməkdar artisti Röya Ayxan, İtaliya futbolunun tanınmış nümayəndəsi Françesko Toldo və digər rəsmi şəxslər iştirak ediblər.
Püşkatmanın ümumi nəticəsi aşağıdakı kimidir olub:
A qrupu
1. Azərbaycan
2. Portuqaliya
3. Belçika
4. Şotlandiya
B qrupu
1. Ukrayna
2. Almaniya
3. Avstriya
4. Bosniya və Herseqovina
C qrupu
1. Fransa
2. Danimarka
3. İngiltərə
4. İsveç
D qrupu
1. İtaliya
2. Serbiya
3. Hollandiya
4. İspaniya