...

Bakıda "Olympic Moves" proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib (FOTO)

İdman Materials 12 Aprel 2016 15:41 (UTC +04:00)
Bakıda "Olympic Moves" proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Bakıda "Olympic Moves" proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, MOK, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı həyata keçirilən "Olympic Moves" kütləvi idman proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib.

"Olympic Moves" proqramının əsas məqsədi "Bakı 2015" Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Basketbol 3x3 və badminton idman növləri üzrə Olimpiya sistemi ilə keçirilən püşkatma mərasimində finala vəsiqə qazanmış komanda rəhbərləri və müvafiq idman növləri üzrə hakimlər heyəti iştirak edib ki, hakimlər tərəfindən tədbir iştirakçılarına final haqqında ətraflı məlumat və komandaların hazırlanması üzrə tövsiyələr verilib.

Tədbirdə MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və müvafiq idman federasiyalarının səlahiyyətli şəxsləri ilə birgə "Olympic Moves" beynəlxalq idman proqramının ulduz idmançıları - basketbolçu Amil Həmzəyev və badmintonçu Orxan Qələndərov iştirak ediblər.

Sözügedən proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. "Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və bu ilin aprel ayında "Bakı 2015" Avropa Oyunlarının yarış obyektlərinin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Məktəblilərin"Olympic Moves" idman proqramının əsası 2003-cü ildə "Coca-Cola" və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. "Olympic Moves" proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı "Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti