...

Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşdi

İdman Materials 19 May 2016 13:35 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib.
Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşdi

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib.

Bu barədə Trend-ə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq. Ümumilikdə olimpiada vaxtı 200-ə yaxın hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti