Bakı. Trend:
Fransada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.
Trend-in məlumatına görə, turnirin ən güclü komandalarından olan İtaliya və İspaniya qarşılaşıblar.
Oyuna italyanlar fəal başlayıblar. 33-cü dəqiqədə Corcio Kyellini ispanları məyus edib. Erkən final adlandırılan görüşdə son nöqtəni də italyanlar qoyub - 90+1-ci dəqiqədə Qratsiano Pelle fərqlənib - 2:0.
Beləliklə, İtaliya 1/4 final mərhələsində Almaniya ilə qarşılaşacaq.