Bakı. Trend:
Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub.
Trend-in məlumatına görə, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.
Yeniyetmə qızlarımız Çexiyanın yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar.
Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub.
Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək.
Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.