Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının II mərhələsinin cavab oyunları keçirilir.
Trend-in məlumatına görə, “Qəbələ” Bakıda Macarıstanın “MTK Budapeşt” komandasını qəbul edib.
Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə də oyuna aktiv başlayıb. Artıq 7-ci dəqiqədə Zenyov hesabı açıb. 35-ci dəqiqədə isə Teo Uiks fərqi artırıb.
İkinci hissədə qapılar toxunulmaz qalıb – 2:0.Beləliklə, “Qəbələ” III mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.