Bakı. Trend:
Üstünlük rəqib tərəfdədir. Trend-in məlumatına görə, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqası çərçivəsində səfərdə İsveçin “Qöteborq” komandası ilə oyun öncəsi deyib.
Q.Qurbanov qeyd edib: "Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunu oynayıb. "Qöteborq"un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq”.
Baş məşqçi Ağdam təmsilçisinin belə oyunlarda, xüsusilə pley-off oyunlarında təcrübəsinin olduğunu deyib: “Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Qöteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".