...

Sabirabadda idman həyəcanı yaşandı (FOTO)

İdman Materials 27 Avqust 2016 13:40 (UTC +04:00)
Sabirabadda ASAN könüllülərinin II Spartakiadası keçirilib.
Sabirabadda idman həyəcanı yaşandı (FOTO)

Bakı. Trend:

Prezident yanında Gənclər Fondunun maliyyə, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə Sabirabadda ASAN könüllülərinin II Spartakiadası keçirilib.

Trend-in məlumatına görə, Sabirabad Olimpiya İdman Kompleksində keçirilən II Spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 10 komanda üzrə ümumilikdə 60 könüllü qatılıb. Şükür Məmmədovun ideya müəllifi olduğu “Sağlamlıq günü ASAN Könüllülərinin II Spartakiadası” layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.

Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II və III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunublar. ASAN Könüllülərinin II Spartakiadasının kuboku 2 qızıl 2 gümüş medal qazanaraq I yeri tutmuş Bərdə “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət komandaya təhvil verilib.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları idman ətrafında cəmləşdirməkdən ibarətdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti