...

Məşqçi: İslamiadanın ideal təşkilinə görə Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm

İdman Materials 14 May 2017 14:05 (UTC +04:00)
Bakıda IV İslam Hərməyliyi Oyunlarının ideal təşkilatçılığına görə Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm.
Məşqçi: İslamiadanın ideal təşkilinə görə Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda IV İslam Hərməyliyi Oyunlarının ideal təşkilatçılığına görə Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının su polosu komandasının məşqçisi Məhəmməd əl-Zəhrani deyib.

O qeyd edib: "Ümid edirəm ki, müsəlman ölkələri birlikdə olduğunu nəinki Oyunlarda, beynəlxalq arenada da nümayiş etdirirlər".

Məşqçi Bakıya şəhərlə və su polosu yarışlarının keçirildiyi arena ilə tanış olmaq üçün bir ay əvvəl gəldiyini bildirib:

"Bakı çox gözəl şəhərdir. Mən bura mütləq yenidən qayıdacağam. Mən artıq dostlarıma bu gözəl şəhərə gəlmələrini məsləhət görmüşəm. Əminəm ki, Bakı daha da gözəlləşəcək və çox sayda turist cəlb edəcək".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti