...

Bakı-2017: Daha bir qızıl medal karateçimizdən gəldi

İdman Materials 14 May 2017 19:50 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən güclü karateçilər müəyyənləşir.
Bakı-2017: Daha bir qızıl medal karateçimizdən gəldi

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən güclü karateçilər müəyyənləşir.

Trend-in məlumatına görə, 84 kq çəki dərəcəsində yarışan karateçilərin finalında təmsilçimiz Ayxan Mamayev Tükiyə idmançısı Alparslan Yamanoğlu ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə karateçimiz (1:0) qızıl medala yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti