...

Bakı-2017: Daha bir qadın idmançımız gümüş medal qazandı

İdman Materials 14 May 2017 20:32 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 84 kq-dək çəki dərəcəsində ən güclü qadın karateçilər müəyyənləşib.
Bakı-2017: Daha bir qadın idmançımız gümüş medal qazandı

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 84 kq-dək çəki dərəcəsində ən güclü qadın karateçilər müəyyənləşib.

Trend-in məlumatına görə, finalda Azərbaycan idmançısı Fəridə Əliyeva türkiyəli Meltem Kocaoğlu ilə qarşılaşıb.

Gərgin keçən döyüşdə Türkiyə karateçisi qalib gəlib - 6:3.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti