...

Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı

İdman Materials 17 May 2017 19:21 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.
Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə 8:7 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti