...

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

İdman Materials 19 İyun 2017 14:25 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasın birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasın birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində turnirə qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi Gürcüstanın "Samtredia" klubu olub. Qarabağ ilk oyununu evdə keçirəcək.

İkinci mərhələnin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti