Bakı. Trend:
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan klublarımız – “Zirə” və “İnter” bu gün ilk oyununu keçirəcək.
Trend-in məlumatına görə, "Zirə" "Differdanj"ı qəbul edəcək, "İnter" isə "Mladost"un qonağı olacaq.
“Zirə” - “Differdanj” (Lüksemburq)
Dalğa Arena. Saat 21:00
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov
(Hakimlər briqadası Qazaxıstandandır)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Hakim-inspektor: İqor Satki (Moldova)
“Mladost” (Serbiya) – “İnter”
Mladost stadionu. Saat 22:30
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Aleksey Lunev, Anton Kobzev
Dördüncü hakim: Yevgeni Turbin
(Hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Qeyd edək ki, hər iki oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.