...

Trend-in fotoqrafı İslamiadanı işıqlandıranlar arasında ən yaxşılardan olub (FOTO)

İdman Materials 11 İyul 2017 18:27 (UTC +04:00)
"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilir.
Trend-in fotoqrafı İslamiadanı işıqlandıranlar arasında ən yaxşılardan olub (FOTO)

Bakı. Trend:

Bakıda Gənlər və İdman Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərginin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan fotoqrafları isə öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər.

Daha sonra oyunları işıqlandıran fotoqraflar mükafatlandırılıb. Mükafata layiq görülən ən yaxşı foto müəllifləri arasında Trend İnformasiya Agentliyinin fotoqrafı Zaur Mustafayev də olub.

Qeyd edək ki, sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti