...

Bolqarıstanlı məşqçi: Avropa çempionatının favoritləri arasında Azərbaycanı da görürəm

İdman Materials 23 Sentyabr 2017 19:58 (UTC +04:00)
Voleybol üzrə Avropa çempionatının favoritləri Azərbaycan, Rusiya, Türkiyə və Hollandiyadır
Bolqarıstanlı məşqçi: Avropa çempionatının favoritləri arasında Azərbaycanı da görürəm

Bakı. Şahin Kazımzadə - Trend:

Voleybol üzrə Avropa çempionatının favoritləri Azərbaycan, Rusiya, Türkiyə və Hollandiyadır. Bunu Bolqarıstan yığmasının məşqçisi İvan Dimitrov deyib.

Bu gün Ukrayanı 3-2 hesabı ilə məğlub edən Bolqarıstana gəldikdə, məşqçi bildirib ki, onun komandasının indiki hədəfi - qrup mərhələsini keçməkdir: "Türkiyə ilə sabahki oyun bir çox şeyi müəyyən edəcək və ondan sonra gələcək haqqında düşünmək olar. Əlbəttə biz mümkün olduğu qədər irəli getmək istəyirik və bunun üçün çalışaçağıq".

Bolqar mütəxəssis həmçinin Avro-2017-nin keçdiyi zalıda qeyd edib: "Gimnastika arenası çox böyükdür və eyni zamanda rahatdır. Hər şey əladır!"

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti