Bakı. Trend:
Aprelin 8-də "Türk Şurası Üniversitet İdman Oyunları" stolüstü tennis üzrə komanda yarışları başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, qadınlardan ibarət yığmamız l yer, Türkiyə II yer, Qırğızıstan komandası isə III yer tutub.
Kişilərin komanda görüşlərində isə Türkiyə yığması I yer, Azərbaycan II yer, Qırğızıstan komandası isə III yerlə kifayətlənməli olub. Şəxsi oyunlar 9 aprel tarixinə kimi davam edəcək.