...

Yelkənçilərimiz Avropa çempionatında iştirak edib (FOTO)

İdman Materials 26 Aprel 2018 10:32 (UTC +04:00)
Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Yunanıstanın Patra şəhərində keçirilən yelkənli qayıqların “Laser 4.7” sinfi üzrə Avropa Çempionatında iştirak edib.
Yelkənçilərimiz Avropa çempionatında iştirak edib (FOTO)

Bakı. Trend:

Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Yunanıstanın Patra şəhərində keçirilən yelkənli qayıqların “Laser 4.7” sinfi üzrə Avropa Çempionatında iştirak edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yelkənçilərimizin ilk dəfə iştirak etdiyi bu yarışda Azərbaycan komandasına Federasiyanın idman üzrə koordinatoru Burcu Algon Giorgianni rəhbərlik edib. Heyətin məşqçisi isə Tuğçe Subaşı olub.

Çempionatda iştirak edən komanda heyəti: Rafiq Orucov, Fərid Məmmədzadə, Ammar Hatim.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti